• 26 Aprel 2024
logo
FTX: Son iki ildə Rusiyada 78 terror aktının qarşısı alınıb

FTX: Son iki ildə Rusiyada 78 terror aktının qarşısı alınıb

“Xüsusi xidmət orqanları son iki ildə Rusiyada 78 terror aktının qarşısını alıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

“Bu müddətdə Rusiya xüsusi xidmət və hüquq-mühafizə​ orqanları tərəfindən 129 terror istiqamətli cinayətin qarşısı alınıb. Bu cinayətlərdən 78-i terror aktı olub”, - deyə FTX rəhbəri qeyd edib.

A.Bortnikov ikiqat terror aktları təhlükəsinin artdığını da söyləyib. Onun sözlərinə görə, terrorçular birinci terror aktını həyata keçirdikdən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlməyini gözləyib, ikinci terror aktını həyata keçirirlər.