• 6 Dekabr 2024
logo
Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reperə 4 il həbs cəzası verilib

Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reperə 4 il həbs cəzası verilib

Moskvada avtomobillə üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Moskvanın Xamovniçeski Məhkəməsinin hökmü ilə E. Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan və 3 il sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, E. Quliyev ötən il Moskvanın mərkəzində idarəetməni itirərək avtomobillə yol kənarındakı üç piyadanı vurub. Piyadalar ağır bədən xəsarətləri alıblar.