• 1 İyul 2025
logo
Rusiyada 5 qardaş-bacı yanaraq ölüb

Rusiyada 5 qardaş-bacı yanaraq ölüb

Rusiyanın Sverdlovsk vilayətində fərdi evdə baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb.

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, ailənin dörd üzvü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Bildirilib ki, xəstəxanaya çatdırılanlar iki böyük və iki azyaşlıdır. Ölənlərin hamısının azyaşlı olduğu bildirilir.

Qeyd olunub ki, hadisə 7 uşaqlı ailənin yaşadığı evdə baş verib.