• 3 Dekabr 2021
logo
Bu il Ağdam ərazisində 332 mina 1251 partlamamış hərbi sursat aşkarlanıb

Bu il Ağdam ərazisində 332 mina 1251 partlamamış hərbi sursat aşkarlanıb

Bu il Ağdam rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 3 milyon 600 min kvadrat metrdən çox ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 143 ədəd tank əleyhinə və 189 ədəd piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib: “Bundan başqa, Ağdam rayonu ərazisində 1251 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyatlar davam edir”.