• 12 May 2025
logo
Qayınanasının evindən 11 min manatlıq oğurluq edən gəlin tutulub

Qayınanasının evindən 11 min manatlıq oğurluq edən gəlin tutulub

Qubada qayınanasının evindən 11 min manatlıq oğurluq edən gəlin saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 5000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin gəlini M.Süleymanova saxlanılıb.

Araşdırma aparılır.