• 20 May 2025
logo
Bakıda keçmiş məhkum silahla saxlanılıb

Bakıda keçmiş məhkum silahla saxlanılıb

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.