• 6 Dekabr 2021
logo
Azərbaycan banklarının beynəlxalq qiymətləndirilməsi aparılacaq

Azərbaycan banklarının beynəlxalq qiymətləndirilməsi aparılacaq

Azərbaycan bankları kifayət qədər yaxşı göstəricilərə malikdir və gələn il onların beynəlxalq qiymətləndirilməsi aparılacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" mövzusunda keçirilən onlayn konfransda çıxış edərkən "AccessBank"ın hüquq və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov deyib.

Onun sözlərinə görə, banklar buna kifayət qədər ciddi yanaşırlar, tələblərə əməl edirlər və bu qiymətləndirmədən uğurla keçəcəklər.

"Bu, həm dövlət üçün vacibdir, həm də kommersiya qurumları olaraq banklar üçün də kifayət qədər önəmli bir məsələdir", - deyə Ə. Baxışov qeyd edib.