• 3 Dekabr 2021
logo
Kür çayında batmış azyaşlının meyiti tapılıb

Kür çayında batmış azyaşlının meyiti tapılıb

9 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

Aprelin 10-da Məryəm Hüseynlinin meyiti tapılıb. Batan şəxslər qardaş-bacıdır.