• 7 Dekabr 2021
logo
Şirvanda küçədə meyit tapılıb

Şirvanda küçədə meyit tapılıb

Səhər saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində kişi meyiti aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Gülmalıyev Daşqın Rahil oğlu olduğu müəyyən edilib.

Meyit müayinə olunması üçün Şirvan morquna yerləşdirilib.