• 28 Noyabr 2021
logo
Ucarda avtomobil qadını vuraraq öldürüb

Ucarda avtomobil qadını vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 12-də saat 20 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Yevlax şəhər sakini G.Abbasovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.