• 29 Noyabr 2021
logo
Siyəzəndə 18 yaşlı qız kanalda batıb

Siyəzəndə 18 yaşlı qız kanalda batıb

Siyəzəndə Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.