• 1 Dekabr 2021
logo
Moskvada azərbaycanlı kriminal avtoritetin qətlə yetirilməsi ilə bağlı iki versiya irəli sürüb

Moskvada azərbaycanlı kriminal avtoritetin qətlə yetirilməsi ilə bağlı iki versiya irəli sürüb

Müstəntiqlər Moskvanın “Alıe parusı” elit yaşayış kompleksində azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjı) qətlə yetirilməsi ilə bağlı iki versiya irəli sürüblər.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin versiya kriminal avtoritetin ölümü oğru dünyasının nümayəndələri tərəfindən qisasçılıq zəminində törədilib.

Qeyd edilib ki, “Albert Rıjı” kriminal aləmin məşhur ismlərindən olan Nadir Səlifovun (lotu Quli) qətlinin gizli sifarişçisi olduğundan öldürülüb.

Digər versiyaya görə, qətl mərhumun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq etdiyi üçün həyata keçirilib.

Xatırladaq ki, "qanuni oğru" Əli Heydərov bu gün saat 13 radələrində Moskvada “Alıe parusı” elit yaşayış kompleksinin fitnes zalında qətlə yetirilib. Muzdlu qatil zala girərək silahla ona arxadan atəş açıb.