Ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən, 12 aprel 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.
Xəstəxanada fəaliyyət göstərən poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.