Gürcüstanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya edilən 34 nəfərdə peyvəndin yan təsirləri müşahidə olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, yan təsir müşahidə edilən xəstələrdən 7-nin vəziyyəti ağır olub.
Baş epidemioloq bildirib ki, bu gün səhərə olan götəriciyə əsasən ölkədə 20 622 nəfər vaksinasiya edilib.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. Bu müddət ərzində yalnız ölkədə “AstraZeneca” və “Pfizer” vaksinlərindən istifadə olunub.