• 28 Noyabr 2021
logo
ABŞ-da baş vermiş atışma zamanı 4 nəfər yaralanıb

ABŞ-da baş vermiş atışma zamanı 4 nəfər yaralanıb

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində baş vermiş atışma nəticəsində biri uşaq olmaqla azı dörd nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin “Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, yaralanan ikiyaşlı uşağın vəziyyəti ağırdır, digər üç kişinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Polis atışmanın təfərrüatlarını müəyyənləşdirir.