• 3 Dekabr 2021
logo
Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb

Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb

Bərdə rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1986-cı il təvəllüdlü İsmayılov Eyvaz Əvəz oğlu və 1989-cu il təvəllüdlü Əliyev Elgün Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağla araşdırma aparılır.