• 8 Dekabr 2021
logo
"Dini ayinləri evimizdə keçirək"

"Dini ayinləri evimizdə keçirək"

"İnanclı vətəndaşlarımız pandemiya dönəmində hökumətin qaydalarına sözsüz tabe olmalı, dini ayinlərin kütləvi formada keçirilməsinə yol verməməlidirlər".
Bunu "Xalq Cəbhəsi"nə İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı Ramazan ayında oruc tutacaq vətəndaşlarımızın koronavirusdan qorunmasının vacibliyi məsələsinə münasibətində qeyd edib.
Onun fikrincə, Ramazan ayında tələb olunan bəzi dini ayinlərin kütləvi formada keçirilməsi düzgün olmaz: "Ötən il də vətəndaşlarımız müqəddəs ayda özlərini qorumağı bacardılar. Tətbiq olunan qaydalara riayət etdilər. Bu il də belə olmalıdır. Sağlamlığımızın qeydinə qalmalıyıq, maksimum dərəcədə ehtiyatlı olmalıyıq".
T.Abbaslı onu da qeyd edib ki, şərt o deyil, dini ayinləri kütləvi formada məscidlərdə və yaxud hansısa ünvanlarda həyata keçirək: "Hər birimiz bu ayinləri öz evimizdə, ailənizlə birlikdə keçirsək daha düzgün olar, virusdan daha çox qorunmuş olarıq. Bu gün ölkəmiz Həcc ziyarətinə belə zəvvar göndərmədi. Digər ölkələr də bu məsələdə ehtiyatlı hərəkət edirlər. Bu, günün tələbidir. İnsanlar koronavirus bəlasından qorunmalıdır. Mən inanclı vətəndaşlarımızı virusdan qorunmağa çağırıram".

Cavid