• 6 Dekabr 2021
logo
Rusiyanın Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

Rusiyanın Baş prokuroru Fəxri xiyabanı ziyarət edib

Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Kamran Əliyev və İqor Krasnov Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Daha sonra hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.