Sabunçu rayonunda bir evdən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 3-də rayon ərazisindəki evlərin birindən 3000 manat məbləğində pul, 2000 manat dəyərində televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mayılov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı təhqiqatlar davam etdirilir.