• 3 Dekabr 2021
logo
Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 4 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 4 dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Bakı şəhərində yerləşir. Hərracda, həmçinin “Daşkəsən Kəndkimya” ASC-nin dövlətə məxsus səhm paketi də satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.