Metropolitendə mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə ödənişin tətbiqi istiqamətində işlər aparılır.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən söz açmaq erkəndir:
"Bununla bağlı hər hansısa əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq".