“Bu səfər həm də Azərbaycanla həmrəyliyin nümunəsidir, Prezident İlham Əliyevin dəvətini məmnuniyyətlə qəbul etmişik”.
APA-nın məlumatına görə, bunu bu gün İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib.
Pakistanın İƏT-dəki daimi nümayəndəliyinin rəhbəri deyib ki, bu gün İƏT baş katibi də Azərbaycana gələcək.