• 8 Dekabr 2024
logo
Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı ŞBPİ- də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.