• 3 Dekabr 2021
logo
Peyvəndləmə sahəsində səlahiyyətli orqan dəyişir

Peyvəndləmə sahəsində səlahiyyətli orqan dəyişir

Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur.

Bu, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.

Qeyd edək ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.