• 19 Aprel 2021
logo
Jurnalistlər Zəngilanda "Bəsitçay Dövlət Təbiət Qoruğu"nda olublar

Jurnalistlər Zəngilanda "Bəsitçay Dövlət Təbiət Qoruğu"nda olublar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilanda yerləşən "Bəsitçay Dövlət Təbiət Qoruğu" səfər edib.

APA-nın Zəngilana ezam olunan müxbiri məlumat verir ki, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminim şahidi olublar.

Jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir: "Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır.

Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır:

Qoruq 1974-cü ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə rəqlənir. Burada təbii hallarda Şərq Çianrların bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalan ərazi qarışıq meşəlikdir".

O bildirib ki, qoruğun vadisində Bəsitçay çayı axır. Çay öz mənsəbini Zəngəzur silsilənsindən alır və 15 kilometr isə qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42, 8 ha meşə sahəsi məhv edilib. Qoruq ərasizdə ağacların əksəriyyətin yaşı 150-200dür. Lakin yaşı 1500 yaşı olan ağaclar da var.

Arazboyu Dövlət Təbiət yasaqlığı 2200 kvadrat metr ərazini əhatə edir:

"Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".