• 6 Dekabr 2021
logo
İnfarkt keçirən Azər Zeynalovdan XƏBƏR VAR

İnfarkt keçirən Azər Zeynalovdan XƏBƏR VAR

Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda müğənninin həyat yoldaşı deyib:

"Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil".

Qeyd edilib ki, ifaçının danışa bilməməsi ilə bağlı xəbərlər əsassızdır:

"Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim telefondan istifadə etməyə icazə vermir".