ABŞ-ın Şimali Karolina ştatında 300 metr yüksəklikdən yıxılan adam sağ qalıb.
BiG.AZ xəbər verir ki, bu barədə "The İndependent" yazır.
Polisin sözlərinə əsasən, aprelin 4-də gün çıxanadək iki saat dağlarda gəzən adı açıqlanmayan turist ayağı sürüşərək uçurumdan yıxılıb.
Hadisə yerinə gələn mütəxəssislər altı saat xilasetmə əməliyyatı keçiriblər.
Yıxılma nəticəsində həmin şəxs yüngül xəsarət alıb. Onun hazırki vəziyyəti açıqlanmır.