• 3 Dekabr 2021
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 499 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 507 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 025 790, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 639 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386 327 təşkil edir.