• 3 Dekabr 2021
logo
Bakı və Gəncə sakinlərindən 4 kq-dan artıq narkotik götürülüb

Bakı və Gəncə sakinlərindən 4 kq-dan artıq narkotik götürülüb

Bakı və Gəncə sakinləri narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Biləsuvar Rayon Polios Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini V.İsmayılovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı sərnişin Gəncə şəhər sakini E. Abuzərliyə məxsus 2 kiloqramdan artıq heroin və 301 qramdan artıq metamfetamin aşkar edilib.