• 20 May 2025
logo
Göygöldə kafe yanıb

Göygöldə kafe yanıb

Göygöl rayonunda yanğın olub.

APA-nın Fövqəladdə Hallar nazirliyinin saytına istinadən xəbərinə görə, Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.