• 7 Dekabr 2024
logo
Bakıda koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb

Bakıda koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb

Sosial şəbəkə istifadəçisi Günel Hakimqoca (Gunel Farkhad Khakhimqoja) son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb.

APA xəbər verir ki, statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub.

Qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur.