Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.
Hacıqabul Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.
Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.