• 8 Dekabr 2024
logo
ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

ÜST səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.

"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə ÜST-ün sözçüsü bildirib.

O, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.