• 30 Noyabr 2021
logo
Azərbaycanda sərt karantin olarsa, bu şəxslərə GÜZƏŞTLƏR OLACAQ

Azərbaycanda sərt karantin olarsa, bu şəxslərə GÜZƏŞTLƏR OLACAQ

Bu məsələlər hələ nəzərdə tutulmayıb, amma ola bilər ki, yoluxma sayının artması səbəbindən karantin qaydaları sərtləşdirilərsə, SMS icazələr tətbiq olarsa, vaksinasiya olunmuş şəxslərə müəyyən imtiyazlar verilsin.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə Tibb elmləri doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, vaksinasiya olunan şəxslərdə artıq virusa qarşı immunitet formalaşır. Buna görə də onlar üçün məhdudiyyətlərin tətbiqi düzgün olmaz.

Həkim hesab edir ki, imtiyazlar yalnız peyvəndin iki dozasını vurduran şəxslərə şamil oluna bilər:

"İmtiyazlar o şəxşlərə şamil olunmalıdır ki, ikinci doza da olmaq şərtilə onların birinci doza vaksinasiyasından 42 gün, yəni ay yarım keçsin. Çünki vaksinasiyadan sonra orqanizimdə virusa qarşı immunitet bu müddət ərzində formalaşır.

Azərbaycanda yanvar ayından COVİD-19-a qarşı vaksinasiyaya start verildiyini xatırladan A.Qeybulla qeyd edib ki, peyvənd insanda süni immunitet formalaşdırmaqla onda bu xəstəliyin ağır keçməməsinin qarşısını alır, ölüm riskini yox edir.