• 30 Noyabr 2021
logo
Qazaxıstan Prezidentinə koronavirusa qarşı “Sputnik V” peyvəndi vurulub

Qazaxıstan Prezidentinə koronavirusa qarşı “Sputnik V” peyvəndi vurulub

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat katibi Berik Uali “Facebook”da bildirib.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayevə Karaqanda əczaçılıq zavodunda istehsal edilən “Sputnik V” peyvəndi vurulub.

Mətbuat katibi qeyd edib ki, vaksinasiyadan sonra Qazaxıstan Prezidentinin səhhəti yaxşıdır, heç bir yan təsir qeydə alınmayıb.