"Ezhel" adı ilə tanınan repçi Ömer Sercan İpekcioğlu ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, sənətçi Rəmişin ifasını İnstaqram hesabının hekayə bölümündə paylaşaraq ölümünə görə kədərləndiyini bildirib:
"Rəmiş atanı ilk dəfə "Youtube" da tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun"./Axşam.az