Bakıda tikinti üçün quraşdırılan kran sakinlər üçün təhlükəli vəziyyət yaradıb.
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, təhlükəli vəziyyət Bakıda Yeni Günəşli qəsəbəsində müşahidə olunur.
Sakinlər bildirirlər ki, kranın qaldırıcı hissəsi uzun olduğundan güclü küləyin təsirindən yellənir.
Bu anları görüntüyə alan vətəndaş, kranın hər an aşaraq ətrafdakı yaşayış evlərinə təhlükə yarada biləcəyini söyləyir.