• 20 May 2025
logo
Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Göyçayda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.