• 7 Dekabr 2021
logo
"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır.

Yeni funksiya həm dialoqların, həm də faylların, eləcə də mediafaylların bir qurğudan digərinə köçürülməsini nəzərdə tutur.

Hazırda bu cür köçürülmə yalnız əlavə proqramların istifadəsi ilə mümkündür.

Bu funksiyanın hazırda sınaq mərhələsində olduğu və "WhatsApp"ın növbəti yenilənmələrinin birində işə düşəcəyi deyilir.