• 7 Dekabr 2021
logo
Rəmişlə vida mərasimi keçirilir

Rəmişlə vida mərasimi keçirilir

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.

Mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.

Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.