• 7 Dekabr 2021
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 101 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 101 mini ötüb

Rusiyada son sutka ərzində daha 8 328 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 597 868 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 101 106 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.