• 8 Dekabr 2024
logo
Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə 2 trln. dolları ötüb

Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə 2 trln. dolları ötüb

Kriptovalyuta bazarının ümumi dəyəri ilk dəfə olaraq 2 trln. ABŞ dolları səviyyəsini keçib.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bazarının kapitallaşması son iki ayda iki dəfə artıb və bunun səbəbi kimi artan tələb göstərilir. Təkcə dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin bazar kapitallaşması 1 trln. dolları aşıb və sözügedən kriptovalyutanın bu il ərzində dəyəri iki dəfədən çox artaraq 58 888 dollara çatıb.

Qeyd edək ki, son 24 saatda "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi təxminən 24% artaraq 61 mlrd. dollar təşkil edib.