• 3 Dekabr 2021
logo
Keçmiş məhkumdan silah və narkotik götürülüb

Keçmiş məhkumdan silah və narkotik götürülüb

Gəncə sakinində silah və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, şəhər sakini, Xəyal Talıbov saxlanılaraq, RPİ-nə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 50.76 qram qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, X.Talıbovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, sellofan torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.