• 28 Noyabr 2021
logo
Şəkidə avtomobil aşıb, ölən var

Şəkidə avtomobil aşıb, ölən var

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, şəhər sakini V.Cəlilov idarə etdiyi “VAZ-2101” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Verəzət kənd sakini Ş.Mustafayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.