• 28 Noyabr 2021
logo
Hindistanda son sutkada koronavirusa 103 mindən çox yoluxma qeydə alınıb

Hindistanda son sutkada koronavirusa 103 mindən çox yoluxma qeydə alınıb

Hindistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 103 558 yeni yoluxma qeydə alınıb.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, indiyədək gün ərzində qeydə alınan ən yüksək rəqəmdir.
Hindistanda indiyə qədər infeksiyaya yoluxanların sayı 12,59 milyona çatıb.

Son sutka ərzində COVID-19-dan 478 yeni ölüm qeydə alınıb ki, bununla da Hindistanda koronavirusdan ölənlərin ümumi sayı 165 101 nəfərə yüksəlib.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxmanın sayına görə ABŞ (30 milyon) və Braziliyadan (13 milyon) sonra üçüncü yerdədir.