Mingəçevir şəhərində hamamda meyit tapılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsi 15, mənzil 22-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Baxşəliyev Vüqar Əli oğlu hamamda ölüb. Onun dəm qazından dünyasını dəyişdiyi ehtimal edilir.
Faktla bağlı Mihgəçevir şəhər prokurorluğu tərəfindən araşdırma başlanıb.