• 3 Dekabr 2021
logo
ANAMA: İndiyədək 1731 hektar ərazi tam olaraq minalardan təmizlənib

ANAMA: İndiyədək 1731 hektar ərazi tam olaraq minalardan təmizlənib

"Agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində əməliyyat-axtarış tədbirlərimiz davam edir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahın rəisi İdris İsmayılov deyib.

O bildirib ki, indiyədək 1731 hektar ərazi tam olaraq təmizlənib: "1737 ədəd mina və partlamamış sursatlar aşkar edilərək zərərsizləşdirilib. Susada da əməliyyatlar davam edir".