• 6 Dekabr 2021
logo
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.