Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 263 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib, aktiv xəstə sayı 21383 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14375, ötən müddət ərzində isə ümumilikdə 2 888 033 test aparılıb.