Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.
O qeyd edib ki, görüşdə pandemiyadan sonra iqtisadi bərpa, potensial investisiya sahələri üzrə əməkdaşlıq, layihələrin icra vəziyyəti və gələcək perspektivləri müzakirəsi olunub.